2021-ci ilin yanvar-avqust aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 983 mln. manat ödənilib.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fondundan əldə etdiyi məlumata əsasən xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən bu, 4.1% və ya 158 mln. manat çoxdur.
2.4 milyon nəfərədək şəxs bu sosial ödənişlərlə əhatə olunub.