Almaniyanın avtomobil istehsalçıları “BMW” və “Daimler” premium-klass avtomobillərin qiymətini yüksək saxlamaq üçün tədarükü məhdudlaşdırmağa qərar verib.
Bu barədə şirkətlərin nümayəndələrinə istinadən Böyük Britaniyanın “Financial Times” qəzeti yazıb.
“Biz qəsdən tədarükü azaldacağıq”, – deyə “Daimler”in maliyyə direktoru Harald Vilhem vurğulayıb.
Xatırladaq ki, pandemiya dövründə alman avtomobil istehsalçıları yarımkeçiricilərin çatışmazlığı səbəbindən tədarükü azaltmağa, qiymətləri isə yüksəltməyə məcbur idi. Bu, şirkətlərin maliyyə nəticələrini yaxşılaşdırdı və yeni yanaşma onların xoşuna gəldi. Avtokonsernlər qiymətləri pandemiya dövründə olduğu səviyyədə saxlamaq üçün premium sektoruna bahis edir.
“Son 24 ay ərzində “BMW” maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”, – deyə şirkətin maliyyə direktoru Nikolas Piter söyləyib. Onun sözlərinə görə, pandemiya müştərilərin üç-dörd ay avtomobil gözləməyə hazır olduqlarını göstərib.
“FT”nin məlumatına görə, “Daimler”in satışları 12.2%-ə (əvvəlki 8.4%-lə müqayisədə) yüksəlib. “BMW”də bu göstərici 16% (əvvəlki 8.6%-lə müqayisədə) təşkil edib.