Azərbaycanda 2021-ci ildə də C.Koreya brendi olan “Samsung” telefonları ən çox satılan mobil telefonlar sırasındadır.
Banker.az xəbər verir ki, bu barədə “Global Stats” sıralamanı təqdim edib.
2021-ci ilin avqustuna olan göstəriciyə görə “Samsung” Azərbaycanda satılan telefonlarda payı 43.37%-dir. Ötən ilin eyni dövründə bu rəqəm 48.67% idi. Yəni bu brend bazarda mövqeyini zəiflədir.
İkinci sırada Çin istehsalı olan “Xiaomi” telefonlarıdır. Ölkədə bu telefonların bazar payı ötən ilin avqustunda 27.3% olduğu halda, cari ilin müvafiq dövrünə 34.2% təşkil edib.
ABŞ brendi “iPhone” satışları isə Azərbaycanda payı öncəki illə müqayisədə güclənib. Məsələn, son bir ildə “iPhone” 13.32%-dən 14.57%-ə qədər yüksəlib.
Source: StatCounter Global Stats – Device Vendor Market Share