Hazırda kredit ilə bağlı ən vacib məsələlərdən biri də düzgün kredit tarixçəsinin olmasıdır. Günümüzün ən aktual problemlərindən biri olan vaxtı keçmiş kreditlərin çoxaldığı bir zamanda kredit tarixçəsində gecikmələrin olması isə normal haldır.
MKR xidməti fiziki və hüquqi şəxlərin məbləğlərindən asılı olmayaraq bütün kreditləri haqda məlumatların toplandığı elektron məlumatları “ASAN xidmət” mərkəzlərindən də əldə etməyiniz mümkündür.
Müraciət üçün tələb olunan sənədlər
Fiziki şəxslər üzrə:
- müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
- şəxs fərdi sahibkardırsa, onun VÖEN-ni əks etdirən sənədin surəti;
- şəxsin özü müraciət prosesində iştirak etməyəcəyi halda onun qanuni nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Hüquqi şəxslər üzrə:
- VÖEN-ni əks etdirən sənədin surəti;
- hüquqi şəxsi təmsil edən nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Onu da qeyd edək ki, sorğular ödənişsizdir.
Qeyd edək ki, tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir. Reyestrdə məlumatlar ayda bir dəfə yenilənir. Yeni verilmiş kreditlər isə 2 iş günü ərzində MKR-ə göndərilir.
İdeal kredit tarixçəsi – bu gecikmələrin tamamı ilə olmadığı və qrafik üzrə səlis ödənişləri edən müştərilərin kredit tarixçələridir. Təsadüfi gecikmələrdən yayınmaq üçün, belə vətəndaşlar borcu əksər halda öncədən ödəyirlər. Belə müştərilərə bankirlər də daha aşağı və ya güzəştli kredit şərtləri təklif edirlər.
Hazırda bu xidmətdən sadəcə Bakı sakinləri faydalana bilər. Regionlardan isə Gəncə və Naftalan şəhəri, Samux, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarından hər hansı birinə sadəcə qeydiyyata alınma ilə bağlı xidmət göstərilir.