Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.
Diplomatın Bakıda bir sıra rəsmi şəxslərlə görüşləri zamanı Azərbaycanla Aİ arasındakı əməkdaşlıq və başlıca regional məsələlər, habelə təhlükəsizlik və humanitar vəziyyət müzakirə olunacaq. Səfər ayın 19-da başa çatacaq.
Qeyd edək ki, T.Klaar bundan əvvəl Ermənistana səfər edib.