2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3.2 faiz artaraq 353,9 min ton olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkədə süd istehsalı 1.6 faiz artaraq 1433.8 min ton, yun istehsalı 0.1 faiz artaraq 15.5 min ton, barama istehsal 10 faiz artaraq 491.3 ton və yumurta istehsalı 4.1 faiz azalaraq 1269.4 milyon ədəd olmuşdur.







