10 C
Baku
Friday, December 13, 2024

“Taliban” Əfqanıstanda Sülh Nazirliyinin bütün ofislərini bağladı

Radikal “Taliban” hərəkatının nümayəndələri icmalarla danışıqlar aparmaq məqsədilə yaradılan Sülh nazirliyinin bütün regional ofislərini bağlayıblar.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə qurumun Bamiyan əyalətindəki nümayəndəsi Nəcibullah əl-Qozay məlumat verib.

“Bütün regional ofislər bağlıdır. Əyalətlərdən olan işçilər Kabilə köçürülüb, mərkəzi ofislərin fəaliyyəti tamamilə dayandırılıb”, – deyə mesajda bildirilir. Məmurun sözlərinə görə, idarənin əməkdaşları (təxminən min nəfər) “Taliban” hakimiyyətə gələndən bəri əməkhaqqı almayıblar.

“Biz bundan sonra nə olacağını bilmirik. Əfqanıstan böhran içindədir, Kabildə hər bankın qarşısında yüzlərlə insan toplaşır”, – deyə Nəcibullah əlavə edib.

Sülh Nazirliyi Əfqanıstanda 2020-ci ilin yanvarında, o dövrdə prezidenti vəzifəsində olan Əşrəf Qaninin əmri ilə yaradılıb. Onun məqsədi “Taliban” hərəkatı ilə sülh danışıqlarının inkişaf etdirilməsi olub.

Taliblərin hakimiyyətə gəlməsindən sonra şöbə radikal hərəkatın nümayəndələri ilə bölgələrdəki ağsaqqallar və icma liderləri arasında görüşlər və məsləhətləşmələr aparıb.

Son xəbərlər
Digər xəbərlər