6 C
Baku
Sunday, December 15, 2024

ABŞ, İngiltərə və Avstraliya AUKUS müdafiə ittifaqını qurdular

ABŞ, İngiltərə və Avstraliya yeni təhlükəsizlik tərəfdaşlığı haqqında açıqlama veriblər. AUKUS müdafiə ittifaqının təqdimatında ölkələrin liderləri – Co Bayden, Boris Conson və Skott Morrison iştirak ediblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirildiyi kimi, əməkdaşlığın ilk layihəsi Avstraliyanı nüvə reaktorlu sualtı qayıqlarla təchiz etmək olacaq.

“Hamımız uzunmüddətli perspektivdə Hind-Sakit Okean regionunda sülh və sabitliyin təmin edilməsinin zəruriliyini qəbul edirik”, – deyə Bayden təqdimatda bildirib.

ABŞ prezidenti Avstraliyanın sualtı qayıqlar alması ilə bağlı razılaşmanı AUKUS çərçivəsində əsas müqavilə adlandırıb. “Söhbət nüvə silahı ilə təchiz edilmiş sualtı gəmilərdən getmir. Biz adi silahlarla təchiz edilmiş nüvə reaktorlu sualtı qayıqlardan danışırıq”, – deyə Bayden vurğulayıb.

Cənab Morrison da eyni mövqeyi ifadə edib. “Biz bu sualtı qayıqları İngiltərə və ABŞ ilə sıx əməkdaşlıq edərək Adelaida şəhərində qurmaq niyyətindəyik”, – deyə Avstraliyanın Baş naziri söyləyib. O qeyd edib ki, Avstraliya nüvə silahının yayılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcək.

Co Bayden AUKUS ittifaqının təqdimatında Fransa ilə Hind-Sakit Okean regionunda “sıx əməkdaşlığa” ümid etdiyini əlavə edib. Bildirildiyi kimi, hərbi ittifaqın yaradılması Fransanın Avstraliyanı sualtı qayıqlarla təmin etmək üçün milyardlarla dollarlıq müqavilələrini şübhə altına alır.

Tərəflər Avstraliyanın sualtı qayıqlarla təchiz olunmasını yeni əməkdaşlığın ilk təşəbbüsü adlandırırlar. Bu müqavilənin “Hind-Sakit Okean regionunda sabitliyi təmin edəcəyi” gözlənilir. Qeyd edək ki, birinci layihənin əhatə dairəsinin müəyyən edilməsi 18 ay çəkəcək.

Son xəbərlər
Digər xəbərlər