9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan xarici çayların alışını artırıb, yerli satış azalıb

Azərbaycan bu ilin yanvar-avqust ayları ərzində ümumi dəyəri 41 milyon 925 min ABŞ dolları dəyərində 9 min 803 ton çay idxal edib. Bu dövrdə ixrac etdiyi çay 5 milyon 529 min ABŞ dollar dəyərində 731 ton olub.

Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, idxal olunmuş çay ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12%, miqdar 6%, ixrac olunnmuş çayın dəyəri isə 11%, miqdar 19% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0.57%, ümumi ixracdakı payı cəmi 0.04%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.35%-ə bərabər olub.

 

 

Son xəbərlər
Digər xəbərlər