2021-ci ilin yanvar-avqust ayı ərində Azərbaycandan 128 milyon 213 min dollar dəyərində 119 104 ton pomidor ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 23.2%, miqdarı isə 23% azalıb.
Belə ki, 2020-ci ilin yanvar-avqust ayında ölkəmizdən 167 milyon 39 min dollar dəyərində 154 120 ton pomidor ixrac edilmişdi.
Cari ilin 7 ayında isə Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 040 ton pomidor ixrac edilib. Avqustda cüzi ixrac olub.