11 C
Baku
Wednesday, November 13, 2024

“Hyundai” dünyanın 65 şəhərində uçan taksilər işə salacaq

“Hyundai” avtomobil şirkəti və ingilis “Urban-Air Port” şirkəti İngiltərə, ABŞ, Fransa, Almaniya, Avstraliya, Skandinaviya, Cənubi Koreya və Cənub-Şərqi Asiya şəhərlərində uçan taksilər şəbəkəsini yaradacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət nümayəndələrinin verdiyi məlumata görə, ilk stansiyalar 2022-ci ildə İngiltərənin Koventri şəhərində açılacaq.

Növbəti uçan taksi stansiyaları Londonun mərkəzində və Los-Ancelesə qurulacaq. London taksi stansiyası Vest-End və ya şəhərin maliyyə mərkəzində salınacaq. Qeyd edək ki, “Urban-Air Port” şirkəti yaxın beş ildə dünyada 200-dən çox uçan taksidən ibarət şəbəkə yaratmağı planlaşdırır.

2021-ci ilin iyun ayının sonunda uçan “AirCar” maşını Nitra və Bratislavadakı Slovakiya hava limanları arasında 35 dəqiqəlik sınaq uçuşu həyata keçirib. Nəqliyyat iki dəqiqə 15 saniyəyə təyyarəyə çevrilir və kiçik uçuş zolağı ilə hava qalxır.

Sentyabrın əvvəlində NASA təhlükəsizlik və səs-küy səviyyəsi sınağından keçmiş uçan taksilərini sınaqdan keçirməyə başlayıb. Agentliyin fikrincə, bu cür nəqliyyat vasitələri üçün əsas tələblərdən biri sakitlikdir, çünki bu, hava taksilərinin əhalinin sıx olduğu ərazilərdə fəaliyyət göstərməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər