2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan statistik dəyəri 92 milyon 41 min dollar olan 37 min 138 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 8 ayı ilə müqayisədə Alüminium və ondan hazırlanan məmulatlar ixracı dəyər ifadəsilə 45%, miqdar ifadəsilə 4% artıb.
Ötən ilin eyni dövründə Azərbaycandan 63 milyon 640 min dollar dəyərində 35 min 671 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilmişdi.