13 C
Baku
Friday, November 22, 2024

Sahil Babayev: “Əmək müqaviləsi ilə işləyən əlilliyi olan şəxslərin sayı artmalıdır”

“Bu gün əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir”.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildiirb ki, bu ümumi əmək müqavilələrinin 4 tam onda 1 faizi qədərdir: “Amma qanunvericilikdə biz minimal norma olaraq 5% müəyyən etmişik. Deməli hətta minimal normanın altındayıq. Düzdür, son üç ildə kəskin artımımız olub, başlanğıcda bu 2 faiz idi. Deməli 2 dəfədən artıq artıb, amma hədəfimizə hələ də çatmamışıq”.

Onun sözlərinə görə, birinci növbədə əmək münasibətlərində əmək müqaviləsi ilə işləyən insanların içərisində əlilliyi olan şəxslərin sayı artmalıdır: “Bunun üçün həm sahibkarlar dəstək verməlidir, eyni zamanda bu şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və digər bu səpkidən olan dəstək alətləri çoxaldılmalıdır. Bunlar artdıqca artıq müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərimizin sayı artacaqdır. Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Ona görə də bu, fəaliyyətimizin bir hissəsi olımalıdır. Dövlət Əmək Müfəttişliyi, dövlət məşğullluq orqanları, KOBİA, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar da müxtəlif platformalarda daim təşfiq etməlidir ki, əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayı artsın”.

Son xəbərlər
Digər xəbərlər