23 C
Baku
Saturday, April 27, 2024

Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq

“Gürcüstan koronavirus əleyhinə “Johnson&Johnson” peyvəndinin alınması ilə bağlı danışıqlar aparır”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, preparatın əldə olunması üçün Almaniya donor kimi çıxış edəcək: ““Johnson&Johnson” peyvəndi tək dozalı vaksindir, tətbiqi rahatdır və yaxşı nəticələr verir”.

Qeyd edək ki, hazırda Gürcüstanda COVID-19-a qarşı peyvəndlənmə prosesində 4 preparatdan – “Sinovac”, “Sinopharm”, “AstraZeneca” və “Pfizer”-dən istifadə olunur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər