2 C
Baku
Saturday, December 14, 2024

“Bank of Baku”da təyinat olub

Bank of Baku ASC-nin Audit Komitəsinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Bankın səhmdarlarının qərarı ilə Samir Hüseynov bankın sentyabrdan etibarən Audit Komitəsinin üzvi seçilib.

Beləliklə, bankın Audit Komitəsinin sədri ilə yanaşı iki üzvi olacaq. Hazırda komitənin sədri Rasim Quliyev, digər üzvi isə Məleykə Abdullayevadır.

S.Hüseynov Bank of Baku ilə bərabər səhmdarlara yaxın olan “Avto Azərbaycan” MMC-nin və eləcə də “Baku Electronics” MMC-nin daxili audit meneceridir.

 

Son xəbərlər
Digər xəbərlər