Azərbaycan banklarının filialları və ATM sayında son bir ayda artım göstəriciləri açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən xəbər verir ki, illik müqayisədə son bir ildə 26 yeni bank filialı açılıb, 13 bank şöbəsi bağlanıb. ATM-lərin sayı isə 236 ədəd artıb.
Avqust ayında ölkədə yeni 1 bank filialı və bank şöbəsi açılıb, ATM-lərin sayı isə 2 824-dən 2 844-ə qalxıb. Belə ki, bir ayda ATM-lərin sayı 20 ədəd artıb.