12 C
Baku
Tuesday, May 7, 2024

Neftin qiyməti bahalaşaraq $76-nı ötüb

Neftin qiyməti bir qədər də artaraq 76 dolları ötüb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:50 radələrinə Londonun ICE birjasında Brentin bir barreli 17 sent, yaxud 0.22% artımla 76.36 dollara yüksəlib.

Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin bir barreli 13 sent, yaxud 0.18% bahalaşmaqla 72.36 dollar olub.

Qeyd edək ki, ABŞ-da qasırğa hasilata böyük təsir edib, anbarlarda olan neftin həcmi gözləndiyindən daha çox boşalıb. Bu isə qiymətlərin artmasına təsir edir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər