Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azaddır.
Banker.az Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, təcrübədə ƏDV-dən azad məhsullar satılan zaman bəzən əvəzləşdiriləcək məbləğin müəyyən hissəsini əvəzləşdirmək mümkün olmur. Belə olan halda həmin məbləğ əvəzləşdirilən ƏDV-dən azalıb malın maya dəyərinə əlavə olunur.
Misal: ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat ayında ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 50.000 manat, ƏDV-dən azad olan əməliyyatlar üzrə 30.000 manat, ƏDV-yə 0 dərəcəsi ilə cəlb olunan əməliyyatlar üzrə 20.000 manat olub.
Cəmi: 50.000+30.000+20.000=100.000
Xüsusi çəki azad/Cəmix100 = 30.000/100.000 x 100% = 30%
Mal alışı zamanı 20.000 ödənilən ƏDV 3.600 manat
Əvəzləşməyən ƏDV 3.600×30% = 1.080 manat.
Yerli istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ƏDV ancaq ticarət əlavəsindən hesablandığına görə nəticə bu misaldakı kimi olacaq:
Tutaq ki, vergi ödəyicisi 7.800 manatlıq malı 9.000 manata satıb. Əlavə 2-də
1.200 x 18% hesablandığına görə dövriyyəyə daxil olan məbləğ 1.200 manat olacaq.
9.000-7.800 = 1.200 manat
50.000+30.000+20.000+1200 = 101.200 manat
Xüsusi şəki azad/Cəmi x 100=30.000/101.200×100%=29,64%
Əvəzləşməyən ƏDV məbləği = 3.600 x 29,64% = 1.067,04 manat.