14 C
Baku
Saturday, November 23, 2024

Salyan şəhərinin su təchizatı 56 milyon manata başa gələcək

“Azərsu” ASC “Nort Vest Konstrakşn” MMC ilə təxminən 56 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 55 474 319 manatdır.

Qeyd edək ki, “Nort Vest Konstrakşn” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi Elçin Bədəlov Tofiq oğludur.

Son xəbərlər
Digər xəbərlər