18 C
Baku
Saturday, May 4, 2024

Banklar regionlarda bankomatların sayın artırdı

Azərbaycanda banklar tərəfindən 2021-ci ilin avqust ayına  quraşdırılan bankomatların sayı 2 844 ədəd təşkil edib.

Banker.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ay ərzində banklar tərəfindən 20 yeni bankomat quraşdırılıb. İyulda ayında bankomatların say 2 824 ədəd təşkil edib.

Ötən il isə 2608 bankomat quraşdırılıb ki, illik müqayisədə bu, 236 ədəd çoxdur.

Bununla yanaşı, Bakıdakı bankomatların sayı avqust ayında 1 502, regionlarda isə 1 342 olub. İllik müqayisədə Bakıda 138, regionlarda isə 98 yeni bankomat quraşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər