“TBC Kredit” rəsmən 6 investora 12% ilə borclandı

23 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2004019165 dövlət qeydiyyat nömrəli, 3.000.000,00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12% , faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000.00 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000.00 manat təşkil etmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər