Buenos-Ayresdən olan argentinalı rəssam Raul Lemesoff 7Up şirkətinin dəstəyi ilə özünün tank-kitabxanası ilə Argentina küçələrində fəaliyyətə başlamışdır və tezliklə bütün dünya səfərinə çıxmağı planlaşdırır. 36 yaşlı Ford falcon avtomobilinin bazası əsasında yaradılan unikal nəqliyyat vasitəsi üzərində təqribən 900 kitab daşıyır.
Müəllifin özü öz layihəsini tank-kitabxana və yaxud “kütləvi təhsil silahı” adlandırmışdır. Kitablar isə onları mütləq oxumağı vəd verən istənilən şəxsə pulsuz olaraq verilir.