Bakı şəhəri “Z/Yen Group Ltd” maliyyə və konsaltinq şirkətinin hər 6 aydan bir açıqladığı dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində pillə irəliləyək 105-ci yeri tutub.
“The Global Financial Centres Index 30” hesabatı xəbər verir ki, Azərbaycan paytaxtı, reytinqdə 22 pillə geriləyərək 110-cu pilləyə enmiş Sankt-Peterburq (Rusiya) və 13 pillə geriləyərək 109-cu yerdə qərarlaşmış Tehran (İran) şəhərlərini arxada qoyub.
Reytinqdə I pillədə hələ də ABŞ-ın Nyu-York şəhəridir. O, II pillədəki London şəhərini (Böyük Britaniya) 22 bənd qabaqlayır.
III pilləyə yüksəlmiş Honkonq Böyük Britaniyanın paytaxtından 24 bənd geri qalır. İlk onluğa həmçinin Sinqapur, San-Fransisko (ABŞ), Şanxay (Çin), Los-Anceles (ABŞ), Pekin (Çin), Tokio (Yaponiya) və Paris (Fransa) daxildir. Siyahıda 15 pillə irəliləmiş Moskva (Rusiya) reytinqdə 50-ci, Nur-Sultan (Qazaxıstan) 75-ci, Almatı (Qazaxıstan) 83-cü yerlərdədir.
Son reytinq 12,86 mindən çox respondentin rəyi əsasında tərtib edilib.