12 C
Baku
Saturday, November 23, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Avrozonada iqtisadi və siyasi risklərin artması, EURUSD məzənnəsinin də ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir.  Təhlillərə əsasən, son ucuzlaşma dalğası 1.16$-a kimi davam edə bilər. 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir. 

GBP.

GBPUSD məzənnəsi də 1.37$-ın altında ticarət edilir və beləliklə, 1.35$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır. 

Cümə axşamı saat 10:00-da da İngiltərədən iqtisadi inkişaf göstəricilərinin yayımlanması önəmli rol oynayacaqdır. 

TRY. 

TCMB faizlərini aşağı salmağa başlaması ilə lirə daha da ucuzlaşıb. USDTRY məzənnəsi hazırda 8.90TL-yə təklif edilir və bahalaşma davam edəcəyi təqdirdə növbəti səviyyələr 9.11TL ola bilər. 

OIL. 

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 11 ayın maksimumuna yüksəlib və 84$-a kimi də dəyər qazana bilər. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Qızıl da ucuzlaşan aktivlər arasındadır və bir unsiya üzrə qiymət 1768$-ın (56.9 $/qram) altında qaldıqca, 1717$-a (55.2 $/qram) kimi ucuzlaşa bilər. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər