13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın iri şokolad fabriki xarici şirkətlərə məhsul satacaq – $2.5 milyonluq müqavilə

“Ulduz” şokolad fabriki Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının ixracına dair ilkin razılıq əldə edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Karaca Fındıq” MMC və Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə 18 min kq qabıqlı fındıq məhsulunun, “Azərstar” MMC isə Rusiya şirkəti ilə ümumi dəyəri 100 min dollar olan qabıqlı fındıq məhsulunun ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon dollarına qədər narın ixracına dair ilkin razılığa gəlinib.

 

Son xəbərlər
Digər xəbərlər