17 C
Baku
Thursday, October 17, 2024

BFB AccessBank-ın qiymətli kağızlarını korporativ repo predmeti etdi

“Bakı Fond Birjası” AccessBank-ın qiymətli kağızlarını korporativ repo predmeti etdi. BFB-nın verdiyi məlumata görə, investisiya qiymətli kağızları ilə repo-əməliyyatların aparılması qaydalarına uyğun olaraq predmet kimi AccessBank-ın AZ2002004284 ISIN-kodlu təminatsız istiqrazları götürülmüşdür.

Bu istiqrazlar üzrə təminat əmsalı isə 40% həcmində təyin edilib.

Bununla yanaşı, verilən məlumatda  repo-əməliyyatın 13 mart tarixində keçiriləcəyi bildirilir. BFB-da korporativ repo 25 fevral 2014-cü ildən həyata keçirilib. Bu dövrdən etibarən 218 milyon manat həcmində 62 belə müqavilə həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər