13 C
Baku
Friday, November 22, 2024

Qazın bahalaşması səbəbindən Böyük Britaniyanın 3 şirkəti işini dayandırıb

Avropada qaz qiymətlərinin rekord səviyyəyə çatması səbəbindən Böyük Britaniyanın qaz tədarükü ilə məşğul olan “Igloo Energy Supply Ltd.”, “Enstroga Ltd.” və “Symbio Energy Ltd.” şirkətləri müştərilərə xidmət göstərilməsini dayandırıb.

Şirkətlərin rəsmi bəyanatında belə deyilir.

Nəticədə Böyük Britaniyada 233 min ev təsərrüfatı, yəni bazarın 1%-dən az bir hissəsi qaz və elektrik enerjisi tədarükçüsündən məhrum olub. Lakin Böyük Britaniyada enerji bazarının tənzimləyicisi olan “Ofgem” şirkətinin tezliklə bu müştərilər üçün yeni təchizatçı təyin edəcəyi bildirilir.

Bununla da, sentyabr ayı ərzində krallıqda 9 şirkət qaz və elektrik enerjisi xərclərini qarşılaya bilməmələri səbəbindən müştərilərə xidmət göstərilməsini dayandırıb. Təchizatçıdan məhrum olmuş təxminən 1,7 milyon ev təsərrüfatı “British Gas”, “EDF Energy”, “Shell Energy” və “Octopus Energy” kimi nəhəng şirkətlərə üz tutub.

Xatırladaq ki, sentyabrın 30-da Avropada qazın qiyməti 1100 ABŞ dollarını ötüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər