7 C
Baku
Thursday, December 12, 2024

Ölkənin 2-ci ən böyük bank səhmdarının şirkətinə 7.4 mln. manat maya qoyuldu

Azərbaycanın ilk kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə üçüncü dəfə artırmaq qərarı verib.

Banker.az xəbər verir ki, “Gazelli Group”un nizamnamə kapitalı 7 420 000 manat, yaxud 28% artırılaraq  33 920 000 manata çatdırılıb.

Kosmetika şirkətinin nizamnamə kapitalı 2021-ci ildə üçüncü dəfədir artırılır. Yanvar ayında 3.5 mln. manat, martında isə 4.24 mln. manat artırılmışdı. Beləliklə, ilin ilk rübündə şirkətin nizamnamə kapitalı 41% artırılmşdı.

Kosmetika şirkəti sonuncu dəfə kapital artımına 2021-ci ilin yanvar ayında getmişdi. Həmin zaman nizamnamə kapitalını 3.5 mln. manat artırmışdı. Beləliklə ilin ilk rübü çıxmamış “Gazelli Group” kapitalını 7.74 milyon, yaxud 41% artırmalı oldu.

Qeyd edək ki, “Gazelli Group” 1999-cu ildə dr. Zərifə Həmzəyeva tərəfindən təsis edilib.

Z.Həmzəyeva, Banker.az tərəfindən öncəki il tərtib edilən siyahıya görə, ölkədə fiziki şəxs kimi ikinci ən böyük bank səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər