Şəki və Lənkəranda Amerika mərkəzləri açılacaq

Şəki və Lənkəranda Amerika mərkəzlərinin açılması haqqında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger bildirib ki, imzalanmış memorandumlar sayəsində daha 2 şəhərdə Amerika mərkəzləri açılacaq. Bununla da, ümumi say 6-ya çatacaq.

Onun sözlərinə görə, bu mərkəzlər təhsili davam etdirmək, ABŞ haqqında daha çox məlumat əldə etmək və ingilis dili səviyyəsini yaxşılaşdırmaq imkanı verəcək: “Bu mərkəzlərin açılış lentini kəsmək üçün Şəki və Lənkərana səfərləri səbirsizliklə gözləyirəm”.

Diplomat memorandumların imzalanmasında əziyyəti olan şəxslərə minnətdarlığını bildirib.

Xatırladaq ki, Bakıdakı Amerika Mərkəzi 2007-ci ildə ABŞ Səfirliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanmış xüsusi razılaşma əsasında fəaliyyət göstərir. 2017-ci ildə Bakı Amerika Mərkəzi Qızıl statusa layiq görülüb. Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir kimi şəhərlərində də Amerika mərkəzləri fəaliyyət göstərir.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər