9 C
Baku
Thursday, December 12, 2024

İşıqforların İntellektual Nəqliyyat Sisteminə inteqrasiyası yarım milyon manata başa gələcək

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “ARIS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Bakı şəhərində mövcud olan, habelə quraşdırılması nəzərdə tutulan bütün işıqforların İntellektual Nəqliyyat Sisteminə inteqrasiyasının təmin olunması məqsədilə, 2011-ci ildə İntellektual Nəqliyyat Sistemi layihəsi çərçivəsində qurulan mövcud Baku ITS proqram təminatının TSCS (Traffic Signal Control System) modulunun son versiyaya uyğun yenilənməsi üçün müvafiq proqram təminatının alınması, quraşdırılması, sazlanması xidmətlərinin satın alınması” nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 424785 manatdır.

Son xəbərlər
Digər xəbərlər