- Bunun öz seçiminiz olduğunu unutmayaraq, özünüzdə inadkarlığı, gördüyünüz işlərə qarşı sevgini inkişaf etdirin.
- Bütün çətinliklərə zehni və fiziki cəhətdən hazır, ruh və fiziki cəhətdən sağlam olun. Bacarmırsınızsa – öyrənin!
- Həyatınızın hər bir mərhələsində üzləşdiyiniz sınaqlardan zövq alın.
- Daim pozitivə köklənin və qarşınıza çətin tapşırıq qoymaqdan qorxmayın. Stress – əminsizliyin nəticəsidir, buna görə də özünə inan və etibar et.
- Keçmişdə yaşamaq və gələcəyi bu gün yaşamağa çalışma. Anı yaşa!
- Maddi düşün və düşüncələrini idarə et. Beyinin sakitdirsə, bədənin də gərginlikdən azad olacaq. Xəstəliklərin necə yarandığını bilirsən? Əzələ gərginliyi psixoloji gərginliyin nişanəsidir. Bütün səbəbləri öz düşüncəndə axtar.
- Vəziyyəti dəyişə bilmirsənsə, ona olan münasibətini dəyiş. Baxış bucağını genişləndir.
- Məğlubiyyətə uğradıqda onu təcrübə kimi qəbul et. Səhvlərini tanımaq və qəbul etmək gələcək uğurlara aparar. Gücdən düşmə və uğursuzlar kimi bir kənara çəkilmə.
- Məşğul olduğundan asılı olmayaraq, əsas olan istənilən andan zövq almağı bacar. Bu halda uğur səninlə olacaq!