28 C
Baku
Tuesday, April 30, 2024

Sosial şəbəkələrin çökməsi “Facebook”a 100 mln. dollara başa gəlib

Oktyabrın 4-ü “Facebook”, “Instagram” və “WhatsApp”da baş verən qlobal nasazlıq şirkətə 100 milyon dollara başa gəlib.

Banker.az xəbər verir ki, bu barədə “Fortune” analitikləri məlumat verib və bu rəqəmlər “Facebook”un 2021-ci ilin ikinci rübündə əldə etdiyi qazanca əsaslanır. Qeyd edək ki, “Standart Media” “Facebook”un itkilərini daha nikbin – 3.3 milyon dollar olaraq qiymətləndirib.

“Fortune” şirkətinin hesablamalarına görə, “Facebook” gündə ortalama ilə 319.6 milyon dollar və ya saatda 13.3 milyon dollar qazanır. Qlobal nazaslıq 7.5 saat davam edib və bu, 99.75 milyon dollar itki deməkdir.

Oktyabrın 4-ü baş verən genişmiqyaslı nasazlıq təxminən 7 saat sonra aradan qaldırılıb. “Facebook” problemin səbəbi kimi marşrutizatorların konfiqurasiyasında dəyişikliklərin baş verdiyini adlandırıb. Bu, “kaskad effekti” yaradıb və “Facebook”, “Instagram”, “WhatsApp” və digər tətbiqlərin bağlanmasına gətirib çıxarıb.

Hadisə fonunda “Facebook”un kapitallaşması 50 milyard dollar, onun sahibi Mark Çukerberqin sərvəti isə 6.6 milyard dollar azalıb və o, dünyanın ən varlı adamları siyahısında 6-cı yerə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər