13 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank BOKT-a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “FNC Bank Olmayan Kredit Təşkilatı” QSC kredit bazarında fəaliyyət göstərmək üçün lisenziya verilib.

Banker.az xəbər verir ki, kredit təşkilatına lisenziya 30 sentyabr 2021-ci il tarixindən təsdiqlənib.

BOKT-un direktoru Ramiz Dadaşov təyin edilib. Ramiz Dadaşov bank sektorunda 18 ildən artıq təcrübəyə malikdir. O, 2020-ci ildə HEC Paris biznes məktəbinin EMBA proqramını bitirib.

Xatırladaq ki, “FNC BOKT” QSC 2021-ci ilin fevralında 300 min manat nizamnamə kapitalı ilə yaradılmışdır.

Bununla da Azərbaycanda AMB-nin lisenziya təqdim etdiyi BOKT-ların sayı 53-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər