10 C
Baku
Wednesday, November 27, 2024

Gürcüstanda vaksinin üçüncü dozasının tətbiqi təsdiqlənib

Gürcüstanda koronavirus əleyhinə vaskinasiya prosesində üçüncü dozanın (“buster” doza) tətbiqi təsdiqlənib.

Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, “buster” doza yaşı 50-dən yuxarı olan, yüksək riskli peşələrdə çalışan və xroniki xəstəlikləri olan şəxslərə vurulacaq.

Nazir müavini qeyd edib ki, üçüncü doza ilə vaksinasiya ikinci dozanın qəbulundan altı ay sonra mümkün olacaq.

T.Qabuniya həmçinin bildirib ki, Gürcüstanda COVID-19-a qarşı peyvəndlənmə 12 yaşdan 15 yaşadək olan və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün də əlçatan olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər