10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Duması rubl devalvasiyasından zərər görən əmanətçilərə təzminat verməyi təklif edir

Deputat Potapov rubl devalvasiyasından zərər görmüş əmanətçilərə büdcə vəsaitləri hesabına təzminat verməyi təklif etmişdir.

Rublun məzənnəsi 2014-cü ildə dünyanın digər aparıcı valyutalarına münasibətdə demək olar ki, 50% enmişdir ki, bu da RF əhalisinin yatırımlarının əhəmiyyətli hissəsinin dəyərsizləşməsinə gətirib çıxardı. Dövlət Dumasının deputatı Alekdandr Potapov əmanətçilərin zərərlərini hissə hissə kompensasiya etməyi təklif etmişdir. Hesablamalara görə isə bu zərər 7 trilyon rubl təşkil edir.

Sözügedən layihə 12 mart tarixində Dövlət Dumasında səsləndirilib. Potapovun hesablamalarına görə, ödəniləcək təzminat həcmi 2,67 trilyon rubl və yaxud Ehtiyat fondunun həcminin demək olar ki, yarısını təşkil etməlidir.

Deputat belə hesab edir ki, RF vətəndaşlarının bu həddə zərərlə üzləşməsinin səbəbi 20 il ərzində aparılan liberal iqtisadiyyat siyasətidir.

Deputat həmçinin bildirmişdir: “Rusiya Federasiyasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, dövlət orqanlarının effekti olmayan davranışları qarşılığında əhalinin iri həcmdə gəlir itirilməsi müqabilində dövlət bərabər həcmdə təzminat ödəməlidir”.

Potapovun təklifinə əsasən təzminat yatırımın həcminə bölünmüş  xüsusi koeffisent əsasında ödənməlidir.  Bununla yanaşı, deputatın fikrincə koeffisent bivalyuta zənbilinin enməsindən 30%-dən, təqaüdçü və “əhalinin digər qorunmasız təbəqəsi” üçün 50%-dən az olmamalıdır. Deputat təzminatlar üzrə koeffisentin hesablanması üsulunu RF-nın Mərkəzi bankı ilə birgə hazırlamağı təklif edir.

Təzminatı ilk olaraq bankda 400 min rubla qədər yatırımı olan vətəndaşlar əldə etməlidir. Belə ki, deputatın fikrincə ümumi strukturda bu cür depozitlərin həcmi 55%-dir.

O bu ödənişlər 2015-2016-cı ilin federal büdcəsindən ödəməyi və həmçinin “RF tərəfindən iqtisadiyyatın dəstəklənməsi üçün nəzərdə tutulan  digər mənbələr” tapmağı təklif edir.

Son xəbərlər
Digər xəbərlər