Hyuston hava limanının administratorları öz yüklərini uzun müddət gözləməli olan sərnişinlərdən çoxlu sayda şikayət qəbul edirdilər. Hava limanı rəhbərliyi işə daha çox yük işçisi götürür, lakin şikayətlər yenə də gəlməkdə davam edir. Belə olduqda, sərnişinlərin öz yüklərini əldə etmək üçün gəldikləri yol 6 dəfəyə qədər uzadılır. İnsanlar indi yüklərini gözləməli olduğu vaxtı yola sərf edirdilər. Beləliklə, şikayətlər dayandı.
Kütləvi sayda göydələn inşasına başlanıldıqda, bir çox sakinlər uzun müddət lift gözlədiklərini deyərək şikayət etməyə başlayır. Belə olduqda liftlərin yanında insanların ya özlərini, yaxud da yanlarındakı digər insanları nəzərdən keçirdikləri güzgü quraşdırılır. Beləliklə, şikayətlər dayandı.
Supermarketlər peyda olduqda, bir çox alıcılar ağır zənbillərlə uzun müddət kassa önündə növbədə dayandıqlarını şikayət etməyə başladılar. Belə olduqda, kassanın yanında müxtəlif cür kiçik məhsulların – saqqız, şokolad və s. olduğu vitrin quraşdırılır. Bu supermarketlərə əlavə olaraq, 5 milyard dollardan çox qazanmaq imkanı verdi. Beləliklə, şikayətlər dayandı.
Disneyland-din hələ ilk ziyarətçiləri müxtəlif attraksionların qarşısında uzun müddət növbədə dayandıqlarından şikayətlənməyə başladılar. Bu zaman Disney hər bir attraksionun yanında insanların nə qədər gözləməli olduğunu əks etdirən lövhə asmağı tapşırır. Belə olduqda, insanlar hətta daha az gözlədiklərini zənn edib sevinməyə başladılar. Beləliklə, şikayətlər dayandı.