9 C
Baku
Thursday, December 12, 2024

Avstriya prezidenti ölkədə hökumət böhranı yarandığını elan edib

Avstriyanın federal prezidenti Aleksander Van der Bellen kansler Sebastian Kurts barəsində antikorrupsiya prokurorluğunun apardığı araşdırma fonunda ölkədə hökumət böhranının yarandığını elan edib.“Bu, hökumət böhranıdır, ancaq dövlət böhranı deyil. Dövlət və idarəetmə fəaliyyət göstərir, dövlətimizin təməlləri toxunulmazdır”, – Van der Bellen belə deyib.

Onun sözlərinə görə, kansler və onun ətrafı ilə bağlı prokurorluğun şübhələri ciddidir.

“Hələ ki bilmirik, bu araşdırmalar ittiham elan olunmasına gətirib çıxaracaq, ya yox, buna görə də məhkəmədə mümkün qərar verilənə qədər təqsirsizlik prezumpsiyası hər kəs üçün keçərlidir”, – deyə prezident bildirib.

Hazırda S.Kurtsun hökumət koalisiyası üzrə Avstriya Xalq Partiyasındakı (AXP) tərəfdaşları – “Yaşıllar” partiyası – AXP-nin yer aldığı Nazirlər Kabinetinə alternativ axtarılması üçün bütün partiyaların parlament fraksiyaları ilə danışıqlar aparır. Federal prezident bununla bağlı məsləhət verməkdən imtina edib, ancaq Avstriya xalqına sabit hökumət yaradılmasının təmin edilməsinə dair vəd verib.

Bundan bir qədər əvvəl “Yaşıllar” partiyasının lideri Verner Koqler kansler S.Kurts və onun 9 yaxın ətrafı barəsində antikorrupsiya prokurorluğunun apardığı araşdırmalar fonunda Kurtsun kansler kimi fəaliyyətini davam etdirə biləcəyinə şübhə ilə yanaşıb və bildirib ki, parlament fraksiyalarının liderləri ilə danışıqlar aparacaq. S.Kurts özü isə “Yaşıllar”la koalisiya hökumətini saxlamağa hazır olduğunu qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər