1 C
Baku
Saturday, December 14, 2024

Alüminiumun qiyməti 13 illik maksimuma çatıb

Bu gün London Metal Birjasında (LME) bir ton alüminiumun qiyməti 1.64% artaraq 3009.25 ABŞ dolları təşkil edib ki, bu da 2008-ci il 22 iyul tarixindən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Banker.az xəbər verir ki, ekspertlərin fikrincə, artımın səbəbi Qvineyada baş verən hərbi çevriliş olub. 2021-ci ildə aylıq eniş yalnız yanvar ayında qeydə alınıb, sonrakı aylarda metal davamlı olaraq bahalaşıb.

Ən güclü artım fevral ayında (9.64%), ən zəif artım isə iyun ayında (1.4%) olub. Ümumilikdə 2021-ci ilin yanvar ayında bu yana alüminium 1.5 dəfə bahalaşıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər