8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan ixrac edilmiş misə tətbiq edilən rüsumun müddəti uzadıldı

Saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılıb.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 303 nömrəli Qərarında deyilir. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2021-ci il 11 oktyabr tarixli 303 nömrəli Qərarı saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur.

2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10%-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub

Son xəbərlər
Digər xəbərlər