10 C
Baku
Friday, December 13, 2024

Norveçin Baş naziri və hökuməti istefa verib

Norveçin Baş naziri Erna Sulberq kral V Haralda istefa ilə bağlı müraciət edib.

“RİA Novosti” xəbər verir ki, məlumatı Norveç hökumətinin saytı yayıb.

Bildirilib ki, sentyabrda keçirilən parlament seçkilərində İşçi Partiyasının qalib gəlməsi ilə əlaqədar Erna Sulberq istefa verib. Son siyasi kampaniyada hakim Mühafizəkarlar Partiyası 20,5 faiz, İşçi Partiyası isə 26,4 faiz səs toplayıb. Qalib partiya Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır.

Kral V Harald İşçi Partiyasının lideri Yonas Qar Styoreyə yeni kabineti formalaşdırmaq üçün səlahiyyət verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər