17 C
Baku
Friday, May 3, 2024

Apple ikinci payız təqdimatının tarixini açıqlayıb

“Apple” korporasiyası ikinci payız təqdimatının tarixini açıqlayıb.

Banker.az xəbər verir ki, tədbir 18 oktyabr Bakı vaxtı ilə 21:00-da keçiriləcək.

Təqdimat zamanı şirkət daha güclü prosessorla təchiz olunmuş MacBook Pro və yenilənmiş iPad Pro cihazlarını nümayiş etdirəcək.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında “Apple” yeni Apple Watch, iPad mini və iPhone 13 təqdim etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər