18 C
Baku
Tuesday, April 30, 2024

Beynəlxalq Enerji Agentliyi: 2030-cu ilədək neftin qiyməti 36 dollara düşəcək

Beynəlxalq Enerji Agentliyinin hesabatında göstərilir ki, 2030-cu ilə qədər dünyada neftin qiyməti bir 36 dollar / barel, 2050-ci ilə qədər isə 24 dollar / barel səviyyəsinə düşəcək.

Banker.az xəbər verir ki, bunun səbəbi qlobal karbon neytrallığı siyasəti olacaq.

Buna baxmayaraq, hadisələrin inkişafı üçün başqa ssenarilər də var.

Onlardan birində dünya ölkələri dekarbonizasiya hədəfinə çatır. Beləliklə, “qara qızıl” 2030-ci ilə qədər 67 dollar, 2050-ci ilə qədər isə 64 dollara düşəcək.

İkinci proqnoza əsasən, dünya ölkələri mühafizəkar strategiyaya sadiq qalacaq və 2050-ci ilə qədər iqlim hədəflərinə çatacaq. O halda neftin qiyməti 60-90 dollar / barel aralığında dəyişəcək.

Xatırladaq ki, hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 83.33 dollardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər