Bu yaxınlarda, daha dəqiq desək, 14 mart tarixində dahi alman fiziki Albert Eynşteynin 136 yaşı tamam oldu. O alimlik fəaliyyəti dövründə 300-dən çox elmi əsər yazmış, nisbilik və kvant istilik nəzəriyyəsini yaratmışdır.
Beləliklə, Banker.az saytı olaraq dahi fizikin təxəyyül və avtoritetlərə qarşı ikrah hislərini ifadə edən sitatlarını təqdim edirik:
- Mən doğuldum və bu xoşbəxt olmaq üçün kifayət edər.
- Necə kədərli haldır: atomu parçalamaq, ön mühahikəmələri parçalamaqdan daha asandır.
- Təxəyyül bilikdən daha vacibdir. Çünki bilik sonlu, təxəyyül isə sonsuzdur.
- Məntiq sizi A nöqtəsindən B nöqtəsinə gətirəcək. Təxəyyül isə sizi istədiyiniz yerə çatdıra bilər.
- Ən böyük axmaqlıq – eyni bir şeyi edib, fərqli nəticələrə ümid bəsləməkdir.
- İnsanlığa olan inamımızı itirməməliyik, çünki biz özümüzdə insanıq.
- Hər bir insan müəyyən halda dünyadan aldıqlarını geri qaytarmalıdır.
- Həyat velosiped kimidir. Tarazlığı qorumaq üçün hərəkət etməlisən.
- Əməyinin bəhrəsini dərhal olaraq görmək istəyən şəxs çəkməçi olmalıdır.
- Taleh avtoritetlərə qarşı ikrah hissimə görə məni cəzalandırmaq üçün mənim özümü avtoritet etdi.
- Hər şeyin çox sadə olduğunu düşünürsünüz? Bəli, hər şey çox sadədir. Lakin bir o qədər də yox.
Comments are closed.