Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik mesajı ünvanlayıb.
Banker.az xəbər verir ki, təbrikdə deyilir:
“18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan Müstəqilliyinin Bərpasının 30-cu ildönümünü qeyd edir və öz tarixində yeni səhifə açır. Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur. Biz, Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”.
18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!
🇬🇧🤝🇦🇿 https://t.co/6AJowCSMwa— James Sharp (@JamesSharpFCDO) October 18, 2021