DSX-dan APA-ya verilən məlumata görə, 16 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Xəzər dənizində cənub istiqаmətindən Azərbaycan Respublikasına mənsub sulara daxil olaraq şimala doğru hərəkət еdən üç nаməlum hədəf аşkаr оlunaraq nəzаrətə götürülüb.
Banker.az-ın verdiyi məlumata görə, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən naməlum üzmə vasitələrinin hərəkətinin qarşısı alınıb. Təqib edilən itisürətli üzmə vasitələri sərhəd gözətçi gəmisindən açılan xəbərdarlıq atəşindən sonra bortlarında olan yükləri suya ataraq geriyə doğru hərəkət etmiş və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularını tərk ediblər.
Yüklər sudan çıxarılmış, baxış zamanı ümumi dəyəri təxminən 100 min manata yaxın olan 23 780 ədəd siqaret qutusundan ibarət olması müəyyən edilib.