“Netflix”in üçüncü rübdəki əməliyyat gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 1.76 milyard dollar təşkil edib. Banker.az xəbər verir ki, rəqəmlər şirkətin proqnozlaşdırdığı göstəriciləri keçib. Hal-hazırda “Netflix”dən bütün dünyada 214 milyondan çox insan istifadə edir.
Platforma ayrıca 2021-ci ilin sentyabr ayında nümayiş olunan “Kağız ev” və “Kalmar oyunları” adlı serialların populyarlığına vurğu edib. Şirkətin təqdim etdiyi məlumatlara əsasən, təkcə “Kalmar oyunları”na 142 milyondan çox insan baxıb.
“Bloomberg” agentliyi “Netflix”in “Kalmar oyunları” serialından əldə etdiyi gəliri 21.4 milyon dollar xərclə 891.1 milyon dollar olaraq qiymətləndirib. Hesablamalar serialın nümayişindən 23 gün sonra aparılıb. Onda “Kalmar oyunlar”ına baxan izləyicilərin sayı 111 milyon təşkil edib.