2021-ci ilin yanvar-sentyabr ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.
Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.
Hesabat dövründə bu ölkəyə 9 mln 542 min 984 ton həcmində Azərbaycan nefti ixrac olunub.
Azərbaycan neftinin ikinci ən böyük alıcısı İspaniya olub. Belə ki, 9 ayda İspaniya 1 mln. 270 min 845 ton Azərbaycan nefti alıb.
Xorvatiya və İsrail ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-sentyabrda Xorvatiya 1 mln. 162 min 326 ton, İsrail isə 1 mln. 69 min 357 ton həcmində Azərbaycan nefti alıb.