Dünyanın ən populyar geyim markası Balenciaga seçilib, bu barədə “Lyst” tədqiqatlar platformasında deyilir.
Banker.az xəbər verir ki, tədqiqatçılar markanın populyarlığını repçi Kanye Uest, o cümlədən 53 ildə ilk dəfə “Haute Couture” kolleksiyasının yaradılması ilə əlaqələndirirlər.
Siyahının ikinci və üçüncü sıralarında Gucci və Dior yer alıb. Onların ardınca ilk beşliyi Prada və Louis Vuitton tamamlayıb. Dərc olunan siyahıya həmçinin Nike, Bottega Veneta, Versace, Fendi və Saint Laurent kimi dəb evləri, həmçinin Moncler, Burberry, Valentino, Off-White, Loewe və başqaları daxil olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayında dünyanın ən populyar geyim markası Gucci olub. Bugünkü lider Balenciaga isə siyahının ikinci pilləsində yer alıb.