Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) “Urals” markalı neftinin bir bareli üçün 2021-ci il üzrə orta qiymət proqnozunu 65 ABŞ dollarından 70 dollaradək yüksəldib.
Bu barədə Rusiya mətbuatı quruma istinadən xəbər verir.
Bununla yanaşı, Rusiya Bankı “Urals”ın qiyməti üzrə proqnozunu 2022-ci il üçün 60 dollardan 65 dollaradək yüksəldib.
Proqnoza əsasən, 2023-cü ildə “Urals” neftinin qiyməti 55 dollar, 2024-cü ildə isə 50 dollar səviyyəsində olacaq.