ABŞ-ın keçmiş prezidenti Donald Trampın TRUTH sosial şəbəkəsi hələ fəaliyyətə başlamasa da, artıq haker hücumuna məruz qalıb.
“Anonymous” haker qrupu saytı ələ keçirib. Saytı ələ keçirən hakerlərdən biri olan Obri Kottl sayt idarəçilərinin problemi təxminən iki saat sonra anladığını bildirib.
“Əvvəlcə onlar təqlid xarakterli bütün hesabları bağlamaqla reaksiya verdilər. Bundan bir qədər sonra sosial şəbəkəni bağladılar”, – deyə o bildirib.